UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Varşava təmsilçisinin evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlər priotexniki vasitələrdən istifadə etdiyinə görə klub 40 000 avro məbləğində cərimələnib.
Xatırladaq ki, sözügedən oyunda "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.
Bizim.Media