İngiltərə Premyer Liqasının 15-ci turunda "Çelsi" səfərdə "Vest Hem"ə 2:3 hesabı ilə uduzub.
Bizim.Media xəbər verir ki, Tomas Tuxelin rəhbərliyi altında "Çelsi" Premyer Liqada bu mövsüm ikinci məğlubiyyətini alıb.
“Çelsi” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Vest Hem” 27 xalla dördüncü yerdədir.
Qollar: Manuel Lançini, 40 (penalti), Jarrod Bowen, 56, Artur Masuaku, 87 - Tiaqo Silva, 28, Meyson Maunt, 44
Bizim.Media