İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisi Ralf Ranqnik olub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
63 yaşlı almaniyalı mütəxəssis bu postda Ule Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ralf Ranqnik son klubu Rusiya "Lokomotiv"i (Moskva) olub.
Bizim.Media