"Mançester Yunayted" futbol klubunun yeni baş məşqçisinin adı açıqlanb.
Bizim.Media xəbər verir ki, bu barədə "CBC Sport" məlumat yayıb.
"Qırmızı şeytanlar" hazırda Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışan Ralf Ranqniklə anlaşıb.
İddiaya görə, 63 yaşlı almaniyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanacaq.
Bizim.Media