Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Bizim.Media xəbər verir ki, qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim İonela Alina Peşunun köməkçiləri Petruta Klaudia İuqulesçu, Mixaela Yelena Tepusa olacaq.
Dördüncü hakim funksiyasını Kristina Mariana Trandafir yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək.
Bizim.Media