Dubayda keçirilən parakarate üzrə dünya çempionatına Azərbaycan idmançıları uğurla başlayıblar.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub.
Belə ki, Emiliya Mitilinova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılıb.
Bizim.Media