Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Bizim.Media xəbər verir ki, kişilərdən ibarət komanda Ukrayna yığması ilə, qadınlar isə Macarıstanla üz-üzə gələcək.
Kişilərdən ibarət yığmanın heyəti: Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abbasov.
Qadınlardan ibarət yığmanın heyəti: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva
Qeyd edək ki, 7 turdan sonra 11 xalı olan kişilərdən ibarət yığma Ukrayna ilə birlikdə şərikli liderdir.
Qadınlar isə 9 xalla Polşa, Niderland və Macarıstanla birgə 5 - 8-ci yerləri bölüşür.
Bizim.Media