Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Keşlə” qarşılaşmasının biletləri noyabrın 19-da satışa çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Bizim.Media