DÇ-2022: Avropa zonası üzrə seçmə mərhələdə daha 7 OYUN

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutacaq. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olacaq.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Didye Deşamın baş məşqçi olduğu komanda mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün elə də önəm daşımır. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azından uduzmamalıdır. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşacaq. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gələcək. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

Gecənin ən maraqlı oyunları E qrupunda olacaq. 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkəcək. Digər önəmli matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. Vacib oyunlar öncəsi "narıncılar"ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha böyükdür. Lui Van Qalın baş məşqçi olduğu komanda heç-heçə sayəsində də bunu bacara bilər. 18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

End of content

No more pages to load

RADİO