Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, dünya çempionatının ikiqat mükafatçısı gürzlə hərəkətlərdəki çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
İdmançı çoxnövçülük yarışında isə 85.200 xal toplayaraq dördüncü olub.
Bizim.Media