PSJ-nin futbolçusu Lionel Messi zədə səbəbindən Fransa çempionatının 13-cü turunda "Bordo" ilə matça da çıxa bilməyəcək.
Bizim.Media xəbər verir ki, argentinalı hücumçu bud nahiyəsindəki narahatlıq səbəbindən müalicəsini davam etdirir.
Qeyd edək ki, PSJ - "Bordo" görüşü noyabrın 6-ı keçiriləcək.
Xatırladaq ki, Messi zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"lə görüşü (2:2) buraxıb.
Bizim.Media