Qətərin "Əl Sədd" klubu baş məşqçi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçməsinə razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Əl Sədd"in baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında məlumat verib.
O bildirib ki, Kataloniya təmsilçisi müqavilədə nəzərdə tutulan təzminat məbləğinin ödədikdən sonra 41 yaşlı mütəxəssisin gedişinə icazə verilib.
Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.
Bizim.Media