Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız kubalı Ruis Kordobaya 4:1 hesabı ilə qalib gəlib.
O, bu qələbə ilə karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib.
Alfonso Dominges qızıl medal uğrunda həlledici qarşılaşmada braziliyalı Keno Maçado ilə üz-üzə gələcək. Görüş sabah baş tutacaq.
Bizim.Media