“AFFA Qurban Qurbanova işləməyə imkan vermədi” – Baş məşqçi ilə bağlı ekspertlərdən TƏKLİFLƏR

Futbol üzrə milli komandamızın italiyalı baş məşqçisi Canni de Byazi ilə yollarını ayracağı ilə bağlı son dönəmlərdə çoxsaylı fikirlər dolaşmaqdadır. Belə ki, italiyalı mütəxəssisin Dünya çempionatının seçmə mərhələ oyunlarında uğursuz nəticələri bu cür iddiaların daha geniş müzakirə predmetinə çevrilməsi ilə nəticələnib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən AFFA-nın mətbuat katibi Firuz Qarayev seçmə mərhələnin oyunları başa çatdıqdan sonra De Byazinin hesabatının dinləniləcəyini və yekun qərarın o zaman veriləcəyini qeyd edib. 

Lakin…
 

Yığmanın keçmiş baş məşqçisi Şahin Diniyev isə, uğursuzluqların çox az bir hissəsinin məşqçinin günahı olduğunu bildirib.


Dərziyə yaxşı parça vermədikdən sonra…

“Baş məşqçi amili bizim millidə 10-15% arasında dəyişir. Yəni məşqçi faktoru komandanın oyunun göstərilən dərəcədə yuxarı və ya aşağı səviyyəyə gətirə bilər. Azərbaycan millisinin isə, seçmə mərhələlərdə yığdığı xallar orta hesabla 5-8 arasındadır. Əgər biz baş məşqçinin dəyişilməsi ilə hər şeyin qaydaya düşəcəyini fikirləşiriksə, bu, yalnış düşüncədir.

Doğrudur, məşqçinin qeyd etdiyimiz faizdə təsiri var, ancaq hər hansı məşqçinin Azərbaycan yığmasını qrupdan çıxarmaq və Dünya, Avropa çempionatlarına qatılmasını təmin etməsi real deyil. Özümüzü aldatmayaq. Əgər bir məşqçi ilə bütün problemlər qaydasına düşsə idi, bu variant çoxdan reallaşdırılardı”.

Şahin Diniyev futbolumuzun inkişafı üçün, bütün faktorlara – məşqçilərə, futbolçulara, uşaq futboluna, akademiyalara birlikdə diqqət göstərilməsinin vacibliyini qeyd edib. 
 

“İnkişaf üçün vaxt lazım olduğunu deyirlər. 3 il, 5 il deyilir. Vaxt keçir amma inkişaf yenə də yoxdur. Buna görə də istiqaməti doğru götürməliyik. Əgər zirvəyə qalxan qısa yolu tapmamışıqsa, 5 il yox, 15 il sonra da nəticə qazana bilməyəcəyik”. 


Mütəxəssis “millinin tarixində ən uğurlu məşqçi kim olub?” sualını isə belə cavablandırıb:

“Futbolda hər şey nəticəyə bağlıdır. Yaxşı oyun sərgiləyib, nəticə əldə etməsən bunu uğur kimi qəbul etmək olmaz. Nəticə isə, toplanan xallarda özünü büruzə verir. Bu səbəbdən də, seçmə mərhələlərdə ən çox xal qazanan məşqçinin fəaliyyətini daha uğurlu qiymətləndirmək olar”.
Şahin Diniyev indiki seçmə mərhələdəki uğursuzluğa başlıca səbəblərdən biri kimi “5-lik” səbətin olmasını qeyd edib. Çünki belə olan vəziyyətdə, Azərbaycan 5-ci səbətdən qrupa qatılır və reytinqdən özündən daha aşağı olan millinin, yəni 6-cı səbətdən gələn komandanın olmaması xalların aşağı olmasına səbəb olur.

Hardasan, ay Prosineçki?

İdman jurnalisti Ceyhun Əliyev isə, millinin oyununda məşqçi faktorunun 20% rol oynadığını bildirib. Millimizin ən uğurlu məşqçisi kimi isə, Ceyhun Əliyev xorvatiyalı mütəxəssis Robert Prosineçkinin adını qeyd edib və onun çalışdırdığı millini bu cür xarakterizə edib:
 

“Biz canlı milli görürdük onda, indiki kimi ruhlar toplumunu yox. Halbuki indiki millinin potensialı ovaxtkından üstündür. Necə deyərlər, “hardasan, ay Məşədi Kazım?””.


İdman jurnalisti millinin başına gətirilməsi daha uyğun olan məşqçi obrazını isə bu cür dəyərləndirib:

“Psixoloji portret olaraq ideal baş məşqçinin ekstravert olması ilə yanaşı, xolerik emosionallığı və sanqvinik şənliyinin olmasını istəyərdim. Elmi terminləri kənara qoysaq, ilk növbədə onun xasiyyətində cığallıq olmalıdı. Bizim futbolçulara intelligent çalışdırıcı lazım deyil, çünki onların nazı ilə oynayanda nazlarına “qaz” verirlər”
 

Millini çalışdırmağa ən uyğun mütəxəssis kimi isə jurnalist Ayxan Abbasov və Robert Prosineçkinin adlarını çəkib.


Ceyhun Əliyev AFFA-nın yeni baş məşqçi seçiminin daha uğurlu ediləcəyinə ümidli olduğunu da sözlərinə əlavə edib.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli isə istənilən halda nəticənin baş məşqçinin ayağına yazıldığını qeyd edib:

“Söhbət Azərbaycan yığmasından gedirsə, baş məşqçi amili səbəblərdən biri olsa da, həlledici deyil. Ən azı ortada sadə həqiqət var: bu günə qədər yığmanı Karlos Alberto Torres kimi dünya, Berti Foqts kimi dünya və Avropa çempionu çalışdırıb, amma yenə də komanda yaxşı nəticə göstərə bilməyib”.

Ekspertin fikrincə, yığma üçün ən uğurlu məşqçi ifadəsinin işlənməsi doğru deyil: 

“Uzaqbaşı nisbi uğurdan danışmaq olar. Komanda Robert Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsinə “Niyə də yox?!” şüarı və 3 oyuna 7 xal ilə başladı, amma uğurların davamı gəlmədi. Və ya Qurban Qurbanovun birillik fəaliyyəti dövründə Millətlər Liqasında qrup qalibi olmağa, daha yüksək liqaya qalxmağa layiq idi. Prosineçkinin başını aldığı təkliflər gicəlləndirdisə, Qurbanovun çalışmasına AFFA imkan vermədi, daha doğrusu, yığma ətrafında lazımi, Qurban bəyin “Qarabağ”da gördüyü etimad mühiti yaradılmadı”.
 

Milliyə ən uyğun məşqçi obraz kimi isə, Mahir Rüstəmli yerli mütəxəssislərin – Rəşad Sadıqov və Tərlan Əhmədovun adını çəkib.


Mahir Rüstəmli Azərbaycan millisinin yalnız Avropanın aparıcı liqalarında oynayan futbolçularımız çoxluq təşkil etdikdən sonra uğur qazana biləcəyini sözlərinə əlavə edib:

“Azərbaycan çempionatından seçilən oyunçularla rəqabətədavamlı yığma qurmaq, Avropa və dünya çempionatlarının final mərhələlərində oynamaq mümkün deyil. Futbolda möcüzələrin sayı o qədər çox olmur. Olanı da bizim bəxtimizə yazılmayıb”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

End of content

No more pages to load

RADİO