Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançımız ABŞ təmsilçisi Teylor La Montla qarşılaşıb.
O, rəqibini 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu, yığmamızın Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında ilk medalıdır.
Bizim.Media