UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Bizim.Media-nın məlumatına görə, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Dumitri Munteana, Andrei Bodean və Victor Mardari laynsmanlar qismində kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Veaceslav Banari yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.