"Sent Etyen" klubunun futbolçusu Vəhbi Xəzri "Mets"lə Fransa Liqa 1-in XII tur oyunu zamanı 68 metrlik məsafədən qol vurub.
Bizim.Media-nın məlumatına görə, 16-cı dəqiqədə topu meydanın özlərinə aid hissəsində qəbul edən tunisli yarımmüdafiəçi bir qədər irəlilədikdən sonra "paraşüt" zərbəsi endirib.
Top irəlidə olan qapıçının başı üzərindən tora daxil olub. Bu, Liqa 1-in rekordudur.
Qeyd edək ki, Vəhbi Xəzrinin qolu sayəsində "Sent Etyen" 1:1 hesablı heç-heçəyə nail olub. Hazırda bu komanda 12 oyundan 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
Bizim.Media