Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Bizim.Media-nın məlumatına görə, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib.
"Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
6 oyundan sonra qələbə qazanan "Sumqayıt" xallarını 11-ə çatdıraraq, turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 6-cı sırada qərarlaşıb.
Turun digər görüşlərinə gəlincə, "Sabah" Qəbələdə eyniadlı komandanı məğlub edib - 3:1. İlk oyun günündə isə "Zirə" evdə "Keşlə"yə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib.
Bizim.Media