Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiya ilə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, Canni De Byazi son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacağını deyib:
“Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, hər şey bugünkü son məşqdən sonra bilinəcək.
Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır”.
Bizim.Media