İtaliya millisi UEFA Millətlər Liqasında üçüncü yer uğrunda görüşdə Belçika millisini 2:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “gazeta.ru” saytı yayıb.
Mənbə yazır ki, hesabı italiyalı yarımmüdafiəçi Nikolo Barella açıb. Hücumçu Domeniko Berardi 11 metrlik zərbə ilə İtaliya millisinin üstünlüyünü ikiqat artırıb.
86 -cı dəqiqədə belçikalı Charles de Ketelare komandasının yeganə qolunu vurub.
Xatırladaq ki, italyanlar Avropa çempionlarıdır. Avro-2020-nin finalında İngiltərəni məğlub ediblər.
Fransa və İspaniya milliləri arasında Millətlər Liqasının final görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.
Bundan əvvəl İspaniya millisi Millətlər Liqasının 1/2 finalında İtaliyanı məğlub etmişdi.
Bizim.Media