İspaniya "Real Madrid"inin futbolçusu Kazemiro Braziliya millisinin heyətindən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat yayılıb. 29 yaşlı yarımmüdafiəçi diş ağrısına görə yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq.
Orta xətt oyunçusunun ağıl dişində iltihab əmələ gəlib. O, qarşıdakı 5 gündə məşq edə bilməyəcək.
Kazemironun əvəzinə komandaya İngiltərənin "Aston Villa" klubunun futbolçusu Duqlas Luis dəvət olunub.
Bizim.Media