İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında idmançımız Turan Bayramov finala yüksəlib.
Bizim.Media xəbər verir ki, kişilər arasında turnirdə T.Bayramov (60 kq) ardıcıl olaraq You-Çonq Lin (Çin Taypeyi), Merey Markhanbetov (Qazaxıstan) və Roman Valadye Pikardı (Fransa) məğlub edərək yarımfinala çıxıb.
Bu mərhələdə özbəkistanlı Kamoliddin Baxtıyarova qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb.
İdmançımız həlledici görüşdə Giorgi Sardalaşvili (Gürcüstan) ilə qarşılaşacaq. Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.
Bizim.Media