“Azərreyl”in Çempionlar Liqasındakı hədəfi bəlli oldu – Klub prezidentindən AÇIQLAMA

Bu mövsüm voleybol tariximizdə ilk dəfə ölkəmizin kişilərdən ibarət “Azərreyl” klubu Çempionlar Liqası turnirində mübarizə aparacaq.

Bu önəmli turnirdə iştirak edəcək klubun prezidenti Ramin Əzizov Bizim.Media-ya açıqlama verib.

O, Çempionlar Liqasında əsas məqsədlərini açıqlayıb:
 

“Əvvəla onu deyim ki, kişi voleybol klubumuzun ilk dəfə olaraq Çempionlar Liqasında iştirak etməsi "Azerreyl" Voleybol Klubu və bütövlükdə ölkə voleybolu üçün olduqca əlamətdar və qürurverici hadisədir. Püşkatmanın nəticələrinə əsasən, turnirə reytinqin aşağı pilləsindən başlasaq da, məqsədimiz səviyyəli oyun göstərmək, mərhələləri adlamaq və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir. Komandamızın formalaşmış və stabil heyəti var.


Ölkə çempionu olan əsas nüvəni qoruyub saxlamışıq. Bu, bizə əlavə inam verir. Biz turnirə sadəcə qatılmaq üçün yox, rəqabət aparmaq və ölkəmiz üçün reytinq xalları qazanmaq məqsədilə çıxırıq.”

Klub prezidenti eyni zamanda ilkin mərhələdəki rəqibləri haqqında da məlumatlı olduqlarını qeyd edib:

“1-ci təsnifat mərhələsində rəqibimiz Serbiyanın “Radniçki” klubudur. Onlar uzun fasilədən sonra Serbiya çempionu olaraq bu turnirdə yer alıblar. Heyətlərində legioner olmasa da, Serbiya voleybol məktəbinin güclü ənənələri var. Biz artıq rəqibin oyunlarını və potensialını ciddi şəkildə təhlil etməyə başlamışıq. Bu turnir bizim üçün həm məsuliyyətdir, həm də motivasiyadır.

Əlimizdən gələni edəcəyik ki, bu etimadı doğruldaq və Azərbaycan adını voleybol üzrə Avropa arenasında uca tutaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

End of content

No more pages to load

RADİO