Sərbəst güləşçilərimiz reytinq turnirində 5 medal QAZANDILAR

Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2.

Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabı ilə üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.

Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.
 

Osman Nurmaqomedov (92 kq) bəhreynli Maqomed Şaripovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleylə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0. Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.



Beləliklə, millimiz turniri 5 medalla tamamlayıb. Xatırladaq ki, ötən gün İslam Bazarqanovla (57 kq) Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

End of content

No more pages to load

RADİO