Tahir Gözel: “Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”

"Qarabağ" klubunun prezidenti Tahir Gözel komandasının çıxışını dəyərləndirib.

Bizim.Media xəbər verir ki, o, klubun saytına verilən açıqlamada UEFA Avropa Liqasının Liqa mərhələsi və daxili arenadakı mübarizə barədə danışıb:

“Komandamız avrokubok mövsümünün təsnifat mərhələlərini adlayaraq, ardıcıl 11-ci dəfə əsas mərhələyə vəsiqə qazandı. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə yüksəldik. Bu mərhələdə çox ciddi, Avropada özündən söz etdirən komandalarla qarşılaşırıq.

Onlardan biri “Ayaks”dır ki, Niderland təmsilçisi Azərbaycana gələn ən titullu klub oldu.

Onlara qarşı keçirdiyimiz son avrokubok oyununda komandamızın qarşılaşdığı çətinliklər göz önündədir. Qırmızı vərəqələr oldu. “Ayaks” kimi adlı-sanlı rəqiblə 9 futbolçu ilə mübarizə apardıq. Əlbəttə, “Qarabağ”ın UEFA Avropa Liqasının cari mövsümündə daha çox qələbə qazanmasını istərdik. Lakin mövsümün startındakı qələbələri də unutmaq olmaz. Bolqarıstanda “Lüdoqorets” üzərindəki 7:2 hesablı parlaq qələbə möhtəşəm oyunla əldə olundu”.

Tahir Gözel komandaya inamını bildirib: “Klub prezidenti kimi komandamın cəsarəti, ləyaqətindən, oyunundan, baş məşqçimiz Qurban Qurbanovdan tam razıyam. Komandamı hazırda pik formada görürəm. Liqa mərhələsində yalnız 3 oyun keçirmişik. Qarşıda 5 görüş var.

Komandamızın həm avrokuboklarda, həm Premyer Liqa və kubokda hədəfləri böyükdür. Bunun öhdəsindən gələcəyimizə inanıram”.

Klub prezidenti bildirib ki, özünəinam nəticələrdən daha önəmlidir: “Klubun möhkəmliyinin qələbələr üzərində qurulmadığını, daim qalib gəlməyimizin mümkün olmadığını da bilirik. Biz komandamıza inanırıq. Əgər insan özünə inanmırsa, qazandıqları da böyük əhəmiyyət kəsb etmir.

Qaşılaşdığımız çətinliklər, qələbə qazana bilmədiyimiz matçlar xarakterimizi daha da gücləndirir, bizi ailə kimi birləşdirir və cəsarətləndirir. “Qarabağ” möhkəm klubdur, daxildəki mənəvi gücümüz tükənməzdir. Özümüzə tam inanırıq. Hər il Azərbaycan üçün avrokubok həyəcanı yaşatdığımızı və yaşadağımızı bilirik. Komandama, ölkəmə, xalqıma inamım böyükdür. Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

End of content

No more pages to load

RADİO