Qurban Qurbanov: "Bu cür oyunlardan çəkinmirəm"

"Çox güclü komandaya qarşı oynayacağıq. Təkcə nəticələri ilə yox, həm də baxımlı oyunu ilə də Bundesliqada liderdirlər. "Bayer" çox bacarıqlı futbolçulardan ibarət komandadır. Rəqibin zəngin karyerası olan baş məşqçisi var. Hamımızın hörmət etdiyi bir şəxsiyyətdir. Xabi Alonso necə futbolçu olubsa, o cür də tələbkar, ciddi məşqçidir. Biz də çalışacağıq ki, diqqətli olaq, yaxşı mübarizə aparaq. Futbolçularım hazırdırlar. Sabah hər biri meydanda ən yaxşı oyunlarını göstərəcəklər". 

Bizim.Media xəbər verir ki bu sözləri "Qarabağ"ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer"lə (Almaniya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. 

"Hər rəqibə qarşı hazırlıq proqramı fərqlidir. "Bayer" üç fərqli sistemlə oynayır. Bəzi rotasiyalar edirlər. Həddindən artıq ciddi olmalıyıq. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanıram ki, səhvlər olsa da, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər" - deyə o bildirib.

Mütəxəssis sabahkı matçı üçün start heyəti müəyyənləşdiyini vurğulayıb:

"Demək olar ki, heyət hazırdır. Sadəcə oyunun gedişatında hansısa dəyişikliklər ola bilər". 

O, Bundesliqa ən intizamlı oyun göstərən liqalardan biri olduğunu deyib:

"Onlar üçün çempionat oyunu, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər oyuna çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. "Bayer" tam fərqli komandadır. Burada ispan düşüncəsi var. Topla davranışlarını yəqin ki, yaxından baxmısız, izləmisiz. Çox sürətli, topla oynamağı bacaran komandadır. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. Xabi Alonso futbolda ən böyük adlardan biridir.

"Bayer"in bu günə kimi olan nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər işimizə real yanaşmalıyıq.Bu komandanın bacarığı, keyfiyyəti bizdən yuxarıdır.  

Son illərdəki təcrübəmiz bu komandaya qarşı,  daha sıx, kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm. Sabah ən yaxşı oyunlarımızdan biri olacağına şübhə etmirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

End of content

No more pages to load

RADİO