Azərbaycan  mənim üçün çox doğmadır - Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmisi - FOTO

“Azərbaycan hər zaman möhtəşəm ev sahibliyi ilə diqqət çəkib. Bu dəfə də həmçinin”.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi Bakıda təşkil edilən dünya çempionatı ilə bağlı fikirlərini bildirərkən deyib.

Qurumun qətərli rəsmisi təşkilatçılıqla bağlı yüksək fikirlər səsləndirib:

“Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunları, həmçinin, ötən il dünya kuboku zamanı gəlmişdim. Açılış mərasimindəki gözəlliyi hər kəs gördü. Atıcıların rahat hazırlaşmaları və atəş açmaları üçün hər cür şərait yaradılıb. Mükafatlandırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atıcı cəlb olunub ki, bu da dünya çempionatının möhtəşəmliyindən xəbər verir”.

Əl-Hammadi dünya çempionatındakı uğurlu çıxışla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən azərbaycanlı atletlərlə bağlı da danışıb:

“Azərbaycanlı kişi və qadın atıcıların yüksək səviyyədə olduqlarını və yüksələn xətt üzrə inkişaf etdiklərini bilirəm. Hazırda dünya çempionatında elit idmançılar çıxış edirlər. Adından da göründüyü kimi, dünyanın ən güclü atletləri burada cəmlənib. Mundial yerli atıcılar üçün yaxşı təcrübədir. Ümid edirəm ki, növbəti yarışlarda medal sıralamalarında Azərbaycandan olan atıcıların da adlarını görəcəyik”.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum addım sayı təyin edildi

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

End of content

No more pages to load

RADİO