İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir.

Bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə “Aqrar sahə haqqında” qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatında müzakirə olunub.
 

Layihəyə əsasən, müəyyən çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməməlidir. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini səlahiyyətli orqan müəyyən edəcək.


Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirmişdi ki, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir.

Qanun layihəsində heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, eləcə də baytarlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslərin vəzifələri sırasında bu hədlərə riayət edilməsi də yer alır.

Sənəddə heyvanların daşınmasına dair tələblər də nəzərdə tutulur. Daşınma onların sağlamlığına zərər vurmayan və daşınmadan yaranan gərginliyi minimuma endirən üsul və vasitələrlə həyata keçirilməlidir.

Layihədə minimum çəki və yaş hədlərinin konkret rəqəmləri göstərilməyib.

Görünən odur ki, qanun layihəsinin əsas hədəfi heyvanların daha tez kəsilməsinin qarşısını almaq, heyvan sayını artırmaq və nəticə etibarilə bazarda ət bolluğu yaratmaqdır.

Quzu və dana ətinə maraq niyə böyükdür?

Yada salaq ki, bu gün istehlak səbətində hər ətin öz təyinatı var. Məsələn, quzu ətindən əsasən kabab üçün, qoyun ətindənsə qazan yeməklərində istifadə olunur.

Nəzərə alaq ki, qoyun əti kabab üçün münasib sayılmır. Çünki heyvan yaşa dolduqca əti bərkiyir. Üstəlik quzu ətində xolesterin az olur. Ona görə də quzu ətinə maraq daha böyükdür. Bu maraq qiymətlərdə özünü göstərir. Məsələn, hazırda quzu əti 25-26 manata satılırsa, qoyun əti 20-22 manata təklif edilir. Eləcə də dana əti daha elastik və yumşaq olduğu üçün əhali ona daha çox maraq göstərir.

Ona görə də yaxşı olardı ki, qanunvericiliklə paralel qoyun və yaşlı mal-qaranın əti barədə əhali arasında təbliğat aparılsın. Bu məsələdə həkimlər, diyetoloqlar daha faydalı ola bilər.

Əks halda yüzilliklər boyu davam edən ənənələrdən qısa zamanda əl çəkmək çox çətin olacaq. Bu məsələnin inzibati yolla həlli də effektiv görünmür.

Quzu və dana sahibi malını bazara çıxartmaq üçün hansısa yollara əl atacaq, kimlərləsə sövdələşəcək. Beləcə, subyektiv maraqlar son nəticədə qanunun icrasına kölgə salacaq.

Son nəticədə isə ətin qiyməti artacaq.

Digər tərəfdən fermeri və yaxud sahibkarı quzu, dana satmağa görə cəzalandırmaq da çıxış yolu deyil. Əslində fermerə sərf edir ki, heyvanı daha çox bəsləsin. Belə olanda heyvan daha çox çəki alır və daha baha qiymətə satılır. Amma alıcı bu məsələdə satıcı kimi düşünmür. Alıcı xırda heyvana daha çox maraq göstərir.

Bu təkcə keyfiyyətlə bağlı məsələ deyil...

Məsələn, 90-100 kiloqramlıq dananın ətini bir günə satıb qurtarmaq olur. Amma 150-160 kiloqramlıq heyvanın ətini sutka ərzində satmaq kifayət qədər çətindir. Ertəsi günə qalan ət rəngini və keyfiyyətini dəyişir. Alıcı artıq o ətə maraq göstərmir.
 

Sumqayıt mal bazarında apardığımız müşahidələr göstərir ki, quzu və danalara maraq daha çoxdur. Halbuki diri qoyunu alarkən onun bir kiloqram ətinin qiyməti 14-15 manata, quzunun əti isə 19-20 manata düşür. Yəni bir heyvanda alıcı ilk baxışdan 50-60 manat irəli düşmüş kimi görünür.


Amma problem odur ki, ət bazarında qoyun əti almaq istəyən çox az olur. Ona görə də kəsim sexləri tez satmaq üçün əsasən xırda heyvan alırlar. Xırda quzuların isə ətinin çəkisi 10-12 kiloqram olur. Bu qədər əti gün ərzində satmaq o qədər də çətin deyil. Amma 18-20 kiloqramlıq qoyun cəmdəyini gün ərzində satmaq o qədər də asan olmur.

Bu da onu göstərir ki, heyvanın çəkisi daha çox iqtisadi dəyər məsələsidir. Çünki xırda heyvanlar daha çox dəyər yaradır.

Ona görə də heyvanların baş sayının artırılması üçün  fermerin marağını artırmaq lazımdır.

Bu gün otlaq sahəsi ciddi problemdir.

Yoncaya verilən subsidiya çox aşağıdır. Ən sonda fermerin böyük bazara çıxışı faktiki olaraq mümkünsüzdür.

Yaxşı olar ki, bu məsələlərə də xüsusi diqqət ayrılsın. Nəzarətçi orqanın yox, istehsalçının təklifləri nəzərə alınsın. Belə olarsa, məhsul bolluğuna nail ola bilərik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

Ağıllı eynəkləri qadağan edirlər

Ağıllı eynəkləri qadağan edirlər

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

End of content

No more pages to load

RADİO