Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür.

Bizim.Media xəbər verir ki, Ümumdünya Psixi Sağlamlıq Günü 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə qeyd olunur. Günün məqsədi əhalinin psixi sağlamlıq problemləri, onun möhkəmləndirilməsi yolları, eləcə də psixi pozuntuların profilaktikası və müalicəsi barədə məlumatlılığını artırmaqdır.

Hər il oktyabrın 10-da qeyd edilən bu gün münasibətilə beynəlxalq psixiatriya təşkilatları tematik jurnallar nəşr edir, hökumət strukturlarına və səhiyyə orqanlarına müraciətlər ünvanlayaraq onları beynəlxalq təşəbbüsə qoşulmağa çağırırlar.
 

Psixi sağlamlıq ümumi sağlamlığın ayrılmaz hissəsi və mühüm komponentidir. O, hər bir insanın öz qabiliyyətlərini və potensialını reallaşdıra, gündəlik həyatın adi streslərinin öhdəsindən gələ, səmərəli və məhsuldar işləyə, yaşadığı cəmiyyətin həyatına töhfə verə bildiyi rifah vəziyyəti kimi müəyyən edilir. Bu mənada psixi sağlamlıq hər bir insanın rifahının və bütövlükdə cəmiyyətin səmərəli fəaliyyətinin əsasını təşkil edir.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyon insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, hər 40 saniyədə isə bir nəfər intihar edir.

Ən geniş yayılmış psixi sağlamlıq problemlərindən biri depressiyadır. ÜST-nin məlumatına görə, hazırda depressiya il ərzində əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklər arasında ilk yerdədir. COVID-19 pandemiyası da milyardlarla insanın adi həyat tərzini pozaraq əhalinin psixi sağlamlığına mənfi təsir göstərən amillərdən birinə çevrilib.

Qərb ölkələrində hər yeddi nəfərdən birinin paranoid və ya şizofreniya əlamətlərindən əziyyət çəkdiyi, yaxud depressiya və alkoqol asılılığına meyilli olduğu bildirilir. Bu hallar bəzən cinayətlərin törədilməsi və ya intiharla nəticələnə bilir. Psixi pozuntulardan əziyyət çəkən insanların əksəriyyəti isə təəssüf ki, ehtiyac duyduqları müalicəyə çıxış imkanına malik deyil.
 

Bundan başqa, psixi pozuntular HİV, ürək-damar xəstəlikləri, diabet və digər xəstəliklərin inkişafı, eləcə də bədbəxt hadisələr və qəsdən özünə xəsarət yetirmə riskinin artması ilə əlaqələndirilir.


Buna görə də Ümumdünya Psixi Sağlamlıq Gününün əsas vəzifələrindən biri depressiv pozuntuların, şizofreniyanın, Altsheymer xəstəliyinin, narkotik asılılığının, epilepsiyanın və əqli inkişaf pozuntularının yayılmasının azaldılmasıdır.

Psixi pozuntuların artmasına informasiya yüklənməsi, dünyada baş verən siyasi və iqtisadi böhranlar da təsir göstərir. Stres isə bu problemlərin ilkin əlamətlərindən biri hesab olunur.

Müasir həyatın özü insanı stresslə üz-üzə qoyur. Siyasi və iqtisadi həyatda baş verən dəyişikliklər, iş yerindəki əlverişsiz şərait, o cümlədən damğalanma və ayrı-seçkilik, hətta ictimai nəqliyyatda səfər belə stresə səbəb ola bilər. Nəticədə insan gündəlik gərginliyə alışır və bu vəziyyət zamanla depressiyanın yaranması üçün zəmin yarada bilər.

Bütün stres amilləri insanların psixi sağlamlığına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, onların əmək qabiliyyəti və məhsuldarlığı üçün də ciddi risk yarada bilər. Dünya əhalisinin 60 faizini əmək qabiliyyətli insanların təşkil etdiyini nəzərə alsaq, həyat və əmək şəraitinin psixi sağlamlıq üçün risklərin qarşısını alması, onun qorunmasına və möhkəmləndirilməsinə xidmət etməsi xüsusi əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum addım sayı təyin edildi

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

End of content

No more pages to load

RADİO