Braziliya millisinin keçmiş oyunçuları Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun adları saxta məşqçilik diplomlarının satışı ilə bağlı qalmaqalda hallanır.
Bizim.Media xəbər verir ki, bu barədə “Lance” məlumat yayıb.
Bildirilir ki, Dieqo Maradonanın Argentina milli komandasındakı keçmiş köməkçisi Alexandro Mankuso üç illik təlimi tamamlamadan bir sıra şəxslərə Argentina Futbol Məşqçiləri Assosiasiyası (ATFA) ilə sürətləndirilmiş təlim proqramları təklif edib.
Daha sonra Mankusonun təqdim etdiyi diplomların saxta olduğu məlum olub. Belə diplomları alanlar arasında Roberto Karlos, Tiaqo Silva və Felipe Melo da var.
Lakin braziliyalıların bu sxemin qanunsuzluğundan xəbərdar olub-olmadıqları və bu fırıldaqçılıqda bilərəkdən iştirak edib-etmədikləri hələ müəyyən edilməyib.
Bizim.Media