Əfsanəvi braziliyalı hücumçu Ronaldonun ailə üzvlərinin artacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu haqda “Real Madrid” və Kataloniya “Barselona”sının keçmiş futbolçusunun sevgilisi Selina Loks sosial şəbəkədə yazıb.
O, hamilə olduğunu dilə gətirib. 44 yaşlı Ronaldo və Loks 2015-ci ildən bəri Madriddə yaşayırlar.
Ronaldonun dörd övladı var.
Xatırladaq ki, Ronaldo İspaniyanın “Valladolid” futbol klubunun sahibidir. 2011-ci ildə öz karyerasını bitirib.
Bizim.Media