Soçidə gənc qız saxta qonşunun ziyarətindən sonra müəmmalı şəkildə yoxa çıxıb.
Bizim.Media “Baza” Teleqram kanalına istinadən xəbər verir ki, itkin düşən Natalyanın yaxınları bildiriblər ki, naməlum şəxs onun bacısına zəng edib.
Kişi özünü yuxarı mərtəbədə yaşayan qonşu kimi təqdim edərək mənzilini su basdığını və suyun az sonra aşağı mərtəbələrə axacağını deyib. O, qapının açılmasını israrla tələb edib. Həmin vaxt evdə yalnız Natalya olub.
Natalyanın bacısının sözlərinə görə evə qayıdanda mənzildə hər şeyin alt-üst olduğunu görüb. Əşyalar ətrafa səpələnmiş, Natalya isə yoxa çıxmışdı. Artıq bir sutkadır ki, ondan xəbər yoxdur.
Əsl qonşular isə heç kimə müraciət etmədiklərini və mənzildə su basması hadisəsinin baş vermədiyini bildiriblər.

Bizim.Media