“Kəpəz” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, gürcüstanlı legioner Mixail Erqemlidze ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əsas heyətə düşə bilməyən futbolçu məşqçilər heyətinin rəğbətini qazana bilməyib. Qeyd edək ki, Erqemlidze Gəncə klubuna bu mövsümün əvvəlində “Sabah”dan keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media