Qətərdə rekordlarla zəngin yarımfinal matçı – FOTOREPORTAJ

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə Argentina millisini finala yüksəldib.

Bizim.Media xəbər verir ki, “Lusail” stadionunda oynanılan matç Argentina millisi və Lionel Messi üçün əlamətdar olub.

Argentinalı futbolçu Messi dünya çempionatlarının tarixinə düşüb. Otuz beş yaşlı hücumçu bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə edən ilk futbolçu adını qazanıb.

Forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla dörddəbir matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.

Messi cari çempionatda “qol+məhsuldar ötürmə” sistemində də liderliyə yüksəlib. Fransalı futbolçu Kilian Mbappeni geridə qoyan Messinin aktivində 5 qol və 3 məhsuldar ötürmə var. Mbappedə isə bu göstərici “5+2”yə bərabərdir.

Xorvatiya millisi ilə oyunda Messi cari il 30-cu məhsuldar ötürməsini edib. Həmçinin bu, forvardın kareyrasında 350-ci belə ötürmə olub. Hücumçu, eləcə də Argentina – Xorvatiya matçının ən yaxşısı seçilib.

Argentina millisi tarixində altıncı dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Beləliklə, komanda İtaliya və Braziliyanın uğuruna şərik olub. Ancaq final matçında iştiraka görə, rekord Almaniya millisinə məxsusudur – 8 dəfə.
Messi bir dünya çempionatının səkkizdəbir, dörddəbir və yarımfinal mərhələlərində qol vuran altıncı futbolçu olub. Daha əvvəllər bu uğura Salvatore Skillaçi (1990-cı il), Roberto Baco (1994-cü), Xristo Stoiçkov (1994-cü), Davor Şuker (1998-ci) və Uesli Sneyder (2010-cu) imza atıblar.

Argentina seçməsi heç vaxt mundialların yarımfinal mərhələsində keçirdiyi oyunlardan məğlub ayrılmayıb.

Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

End of content

No more pages to load

RADİO