İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir verir ki, bu vəzifəyə Luis de la Fuente təyin olunub. Bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb. Belə ki, o, bu postda Luis Enrikenin istefasından sonra gətirilib. Yeni baş məşqçi ilə dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, de le Fuente bundan əvvəl İspaniyanın U-21 millisini çalışdırıb.
Xatırladaq ki, İspaniya Futbol Federasiyası bu gün Luis Enrike ilə yolları ayırıb. Buna komandanın DÇ-2022-nin 1/8 finalında Mərakeşə (əsas və əlavə vaxt - 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzması səbəb olub.
Bizim.Media