Təbrizin "Traktor" klubunu bundan sonra ispaniyalı Pako Xemes çalışdıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
İspaniyalı məşqçi ilə bağlanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, 52 yaşlı mütəxəssis bu vəzifədə ötən ay istefa verən Kurban Berdıyevi əvəzləyəcək.
Bizim.Media