Qətərdə keçirilən DÇ-2022-də xoşagəlməz hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, qalmaqala səbəb Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoonun azarkeşi döyməsi olub.
Belə ki, prezident azarkeşlərlə şəkil çəkdirən zaman orada olanlardan biri Etooya nə isə deyib.
Bundan qəzəblənən Etoo kamerunlu gəncə hücum edib. Əvvəl onu itələyən futbol veteranı gəncin üzünə təpik də vurub.
Həmin anların görüntüsü sosial şəbəkələrdə sürətlə yayılıb.
Bizim.Media