Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın hücumçusu Kriştiano Ronaldonun "Əl Nəsr"ə gedəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis bu məlumatı hələki nə təsdiq, nə də təkzib etmir.
O, Ronaldonun keçid məsələsi ilə bağlı bunları bildirib:
"Ronaldo "Əl Nəsr"ə gedəcəkmi?. Bilmirəm, onunla bu barədə danışmamışam. Futbolçularla danışmışam, amma söhbətin bu mövzuya aidiyyatı yoxdur. Əvvəllər heç bilmirdim, bu yaxınlarda eşitdim. Bu, onun qərarı, onun işidir. Ronaldo hazırda bütün diqqətini dünya çempionatına, komandasına kömək etməyə cəmləyib”,.
Bizim.Media