Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi Braziliya, Fransa və İspaniya yığmalarını Qətərdə keçirilən dünya çempionatının favoritləri adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
PSJ-nin hücumçusu Braziliyanın çox yaxşı oynadığını, Kameruna uduzmasına baxmayaraq, əsas favoritlərdən biri olduğunu qeyd edib.
Onun fikrincə, Fransa da favorit hesab edilir:
“İspaniya çox yaxşı oynayır, onlar topu tutduqları zaman nə etdiklərini çox dəqiq bilirlər”.
Messi bildirib ki, bu çempionatda qüvvələr bərabərləşib və komandaların böyük adları artıq əhəmiyyət kəsb etmir.
Bizim.Media