"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdırmayacaq.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin agenti Mark Kosike məlumat verib.
O, Kloppun adının Almaniya millisi ilə hallanması ilə bağlı açıqlamasında bildirib ki, bu, sadəcə mediada müzakirədir:
“Yurgenin "Liverpul"la 2026-cı ilə qədər müqaviləsi var və o, klubda qalmaq niyyətindədir".
Qeyd edək ki, Almaniya millisi DÇ-2022-də qrup mərhələsini adlaya bilməyib və ardıcıl ikinci dəfə qrupda qalıb. Komandanın baş məşqçisi Hans Diter Flikdir.
Bizim.Media