DÇ-2022-də qrup mərhələsininin oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün üçün nəzərdə tutulmuş 4 matçdan 2-si artıq başa çatıb. F qrupunda Mərakeş Kanadanı məğlub edib. Xorvatiya isə Belçika ilə heç-heçə edib. Mərakeş qrup lideri, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika qrupda qalıb.
Kanadanın 1/8 finala adlaya bilməyəcəyi isə hələ ötən tur dəqiqləşib.
E qrupunda İspaniya Yaponiya ilə, Almaniya Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir yığmanın pley-off şansı davam edir.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
Bizim.Media