Bildiyiniz kimi, Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel İndia” rapid turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edib.
Bizim.Media xəbər verir ki, şahmatçımız turniri 6-cı pillədə başa vurub.
37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib.
VII turda hindistanlı Nihal Sarinə uduzan şahmatçı VIII və IX turlarda isə müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib.
Məmmədyarov yekunda 4,5 xalla 6-cı pilləni tutub.
Bizim.Media