Qətər millisinə qol vuran Niderland yığmasının futbolçusu Kodi Qakpo ilkə imza atıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, K.Qakpo Niderland millisinin tarixində ilk 3 oyunda qol vuran birinci futbolçudur.
Qrup mərhələsinin ilk iki turunda da fərqlənən Qakpo, qapıya endirdiyi 4 zərbədən üçünü qola çevirə bilib.
O, Uesli Sneyderdən sonra mundialda həm sağ və sol ayaqla, həm də başla qol vuran ilk futbolçu olmağı da bacardı.
Bizim.Media