Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış kuboku yarışında mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, komanda 1/32 finalın ilk oyununda Slovakiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.
Dərnəgül Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Cavab görüşü noyabrın 30-da eyni arenada keçiriləcək.
Bizim.Media
