İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.
Bizim.Media-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.
Paylaşımda qeyd edilib ki, sözügedən funksionerlərlə yanaşı, idarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.
“Növbəti aylarda Turin təmsilçisinin yeni strukturu formalaşdırılacaq” – deyə F.Romano bildirib.
Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən, Pavel Nedved isə 2016-cı ildən "Yuventus"da hazırkı vəzifəni tuturdu.
Bizim.Media