Bu gün futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatının qrup mərhələsi çərçivəsində növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, E qrupunda yer alan Yaponiya millisi və Kosta-Rika yığması qarşılaşıblar. Oyun Kosta-Rika komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu Keyşer Fuller Spenser 81-ci dəqiqədə vurub.
Bizim.Media