Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsində bu gün son - 6-cı tur oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq matçda Zaqreb təmsilçisi səfərdə "Çelsi" ilə qarşılaşacaq.
Bu oyun üçün artıq heyətlər də açıqlanıb. Mahir ehtiyat oyunçuların siyahısında yer alıb.
Qeyd edək ki, "Dinamo" artıq ÇL-də pley-offa adlamaq şanslarını itirib.
Bizim.Media