"Qarabağ"ın zədəli futbolçuları Bədavi Hüseynov və Leandro Andrade Avropa liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) Bakıdakı matçı da buraxacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Bədavi ilə Leandronun görüşdə meydana çıxmayacağlarını, Qara Qarayevin oynayıb-oynamayacağının isə sabah bəlli olacağını deyib:
"Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olub-olmayacağı bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır".
Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.
Bizim.Media