"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda "Frayburq"la (Almaniya) keçirəcəkləri matç barədə danışıb.
Bizim.Media xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konffransında deyib:
"Sabahkı oyunun mahiyyətini dərk edirik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Sabah yaxşı mübarizə aparmaq və azarkeşləri sevindirmək istəyirik".
Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.
Bizim.Media