Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFSH) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.
Bizim.Media IFFHS-in saytına istinadən xəbər verir ki, bu dəfə mundiallarda ilk və yubiler qolların müəllifləri açıqlanıb.
Turnir tarixində ilk qolu fransalı Lyusyen Loran vurub. İndiyədək dünya çempionatlarında 2 548 qol qeydə alınıb.
DÇ-2022-də 2 600-cü qolun müəllifi də müəyyənləşə bilər.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Bizim.Media

